XƏBƏRLƏR
169
“Azərbaycanın şimal-qərb regionunun təbiəti ekocoğrafi tədqiqatlarda” kitabı işıq üzü görüb

“Azərbaycanın şimal-qərb regionunun təbiəti ekocoğrafi tədqiqatlarda” kitabı işıq üzü görüb

05 Mart 2025, 16:45 / Nəşrlər

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Yusif Rəhimov və Qafqaz Ağabalayevin həmmüəllifliyi ilə hazırlanmış “Azərbaycanın şimal-qərb regi­onunun təbiəti ekocoğrafi tədqiqatlarda” adlı kitab çapdan çıxıb. “Savad” nəşriyyatında işıq üzü görən kitab 50 il­lik yu­bi­le­yi­ni qeyd etmiş AMEA-nın Şə­ki Re­gio­nal El­mi Mər­kə­zi­nin struk­tur tər­ki­bin­də 1991-ci il­dən (34 il) fəa­liy­yət gös­tə­rən Sel­lə­rin öy­rə­nil­mə­si la­bo­ra­to­ri­ya­sı­nın və 2015-ci il­dən eti­ba­rən la­bo­ra­to­ri­ya­nın ba­za­sı üzə­rin­də ya­ra­dıl­mış Eko­lo­ji coğ­ra­fi­ya şö­bə­si­nin el­mi fəa­liy­yə­ti­nə həsr edil­ib.  

Nəşrdə Azər­bay­ca­nın şi­mal-qərb re­gio­nu­nun eko­coğ­ra­fi prob­lem­lə­ri­nin və eko­tu­rizm po­ten­sia­lı­nın öy­rə­nil­mə­si is­ti­qa­mə­tin­də apa­rıl­mış el­mi-təd­qi­qat iş­lə­ri və əl­də edil­miş nə­ti­cə­lər təqdim olunub.

Ki­tab el­mi ic­ti­ma­iy­yət, coğ­ra­fi­ya və eko­lo­gi­ya ix­ti­sas­la­rı üz­rə təh­sil alan ali mək­təb tə­lə­bə­lə­ri (ba­ka­lavr və ma­gistr), bu sa­hə­də ça­lı­şan mü­əl­lim he­yə­ti və ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­ub.