Akademik nəşriyyat üzrə konsaltinq
Elmi jurnal, kitab və digər akademik nəşr layihələrinin beynəlxalq standartlara uyğun təşkili və idarə olunması üzrə məsləhətlər. Elmi jurnalların məqsəd və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yol xəritələrinin hazırlanması, onların monitorinqi və nəticələrin hesabat şəklində təqdim edilməsi.
Beynəlxalq indeksləşdirmə və təbliğ
Elmi jurnalların SCIE, SSCI, AHCI, ESCI, Scopus, PubMed, DOAJ, ERIH PLUS və digər nüfuzlu beynəlxalq bazalara daxil edilməsi, həmçinin beynəlxalq səviyyədə tanıdılması və akademik dairələrdə təşviqi.
Elmi tərcümə və redaktə
Elmi əsərlərin ingilis, rus, türk və digər dillərə akademik üslubda tərcüməsi; Əlyazmaların elmi və dil baxımından redaktəsi, qrammatik, üslubi və texniki səhvlərin aradan qaldırılması, məqalələrin struktur baxımından uyğunlaşdırılması.
Dizayn xidməti
Kitab və jurnalların Adobe InDesign, CorelDraw, QuarkXPress, LaTeX və digər nəşriyyat proqramlarının köməyi ilə bədii və texniki tərtibatının hazırlanması.
Plagiat yoxlanışı
Məqalə və kitabların beynəlxalq plagiat yoxlama sistemi (iThenticate) vasitəsilə orijinallığının yoxlanması.
Elmi nəşrlər üçün DOI, ISSN, E-ISSN və ISBN xidmətləri
Savad Publishing House Crossref təşkilatının rəsmi üzvüdür və 10.66772 DOI prefiksi əsasında məqalə, jurnal və digər elmi nəşrlər üçün DOI identifikatorlarının qeydiyyatı, idarə olunması və qlobal elmi bazalara inteqrasiyası xidmətlərini həyata keçirir. Bundan başqa, nəşrlər üçün ISSN, E-ISSN və ISBN identifikatorları üzrə də xidmətlər göstərir.
Jurnallar üçün veb saytların hazırlanması və məqalələrin yüklənməsi
Hər bir jurnal üçün müstəqil vebsaytının yaradılması, jurnalda dərc olunmuş məqalələrin həmin səhifələrə yerləşdirilməsi və axtarış üçün əlçatan edilməsi.
Redaksiya katibliyinin formalaşdırılması
Müəlliflərin, redaktorların və rəyçilərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə redaksiya katibliyinin formalaşdırılması və idarə olunması.
Müəlliflər üçün akademik dəstək
Elmi məqalələrin hazırlanması, strukturlaşdırılması və beynəlxalq elmi bazaların tələblərinə uyğunlaşdırılması.Mövzuya uyğun impakt faktorlu jurnalların seçilməsi. Akademik CV-lərin tərtibi, beynəlxalq elmi bazalardakı (Scopus, Web of Science) profillərin düzgünlüyünün təmin olunması, elmi layihə təkliflərinin, təqdimat və posterlərin hazırlanması üzrə dəstək; peşəkar inkişafı üçün nəzəri-praktik təlimlərin təşkili.