HAQQINDA

 

Savad Publishing müstəqil akademik nəşriyyat qurumudur və elmi ictimaiyyətə yüksək keyfiyyətli nəşr xidmətləri təqdim edir.


Məqsədimiz müəlliflərin, jurnalların, elmi müəssisə və təşkilatların beynəlxalq nüfuzunu artırmaq, onların elmi nəticələrinin dünyaya daha geniş şəkildə çatdırılmasına dəstək olmaqdır.


Savad Publishing komandası peşəkar naşirlər, redaktorlar, tərcüməçilər, dizaynerlər və texniki mütəxəssislərdən ibarətdir. Biz universitetlər, institutlar, elmi cəmiyyətlər və müxtəlif təşkilatlarla əməkdaşlıq edərək, jurnal və kitabların akademik standartlara cavab verməsinə, beynəlxalq indekslərə daxil edilməsinə dəstək göstəririk.


Xidmətlərimizə akademik nəşriyyat üzrə konsaltinq, beynəlxalq indeksləşdirmə və təbliğ, redaktə və korrektə, elmi tərcümə, plagiat yoxlanışı (iThenticate), ISSN, E-ISSN, ISBN və DOI alınması, jurnallar üçün vebsaytların hazırlanması, redaksiya katibliyinin təşkili, həmçinin müəlliflər üçün akademik dəstək xidmətləri daxildir.


Missiyamız – tərəfdaşlıq etdiyimiz elmi jurnalların və nəşr layihələrinin potensialını maksimum dərəcədə reallaşdırmaq, onların beynəlxalq elmi məkanında tanınmasına və təsir gücünün artmasına xidmət etməkdir.