XƏBƏRLƏR
164
“Azərbaycan milli hərəkatının liderləri müstəqilliyə gedən yolda (1917-ci il fevral-1918-ci il may)” adlı monoqrafiya çapdan çıxıb

“Azərbaycan milli hərəkatının liderləri müstəqilliyə gedən yolda (1917-ci il fevral-1918-ci il may)” adlı monoqrafiya çapdan çıxıb

17 İyul 2025, 16:36 / Nəşrlər

Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, ta­rix üz­rə fəl­sə­fə dok­to­ru Ra­him Hə­sə­no­vun “Azərbaycan milli hərəkatının liderləri müs­təqilliyə gedən yolda (1917-ci il fevral-1918-ci il may)” adlı mono­qrafiyası nəşr olunub. Ki­tab­da və­tən ta­ri­xi­nin ən zən­gin dövr­lə­rin­dən bi­ri olan 1917-1918-ci il­lər­də Azər­bay­can si­ya­si xa­dim­lə­ri­nin fəa­liy­yə­ti, on­la­rın ideo­lo­ji fi­kir is­ti­qa­mət­lə­rin­dən bəhs olu­nur. Çar Ru­si­ya­sı­nın dev­ril­mə­sin­dən son­ra Azər­bay­can­da si­ya­si təş­ki­lat­lan­ma, xa­dim­lə­rin fi­kir is­ti­qa­mət­lə­rin­də möv­cud olan də­yi­şik­lik­lər, müs­tə­qil döv­lət­çi­li­yin ya­ran­ma­sı ərə­fə­sin­də ge­dən pro­ses­lər­də si­ya­si li­der­lə­rin möv­qe­yi təd­qi­qat işi­nin əsa­sı­nı təş­kil edir.

Təd­qi­qatçı si­ya­si xa­dim­lə­rin fəa­liy­yə­ti ilə bə­ra­bər on­la­rın so­si­al-si­ya­si port­ret­lə­ri­ni də oxu­cu­la­ra təq­dim edib. “Savad” nəşriyyatında işıq üzü görən ki­tab­da mil­li hə­rə­ka­tın de­sent­ra­list is­ti­qa­mət­də in­ki­şa­fı­na si­ya­si xa­dim­lər priz­ma­sın­dan ya­na­şıl­ıb.