Region bayatıları: (Balakən, Zaqatala, Qax və Şəki rayonlarından toplanmış bayatılar toplusu) işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının hazırladığı “Region bayatıları: (Balakən, Zaqatala, Qax və Şəki rayonlarından toplanmış bayatılar toplusu)” kitabı çapdan çıxıb. “Savad” nəşriyyatında işıq üzü görən kitab AMEA-nın 80 illik və Şəki Regional Elmi Mərkəzinin 50 illik yubileylərinə həsr olunub.
Nəşrdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin folklor işçi qrupunun uzun illər ərzində Azərbaycanın şimal-qərb regionundan topladığı bayatı örnəkləri yer alıb. Təqdim olunan bayatılarda region əhalisinin fikir və düşüncə tərzi – vətənə, təbiətə, insana məhəbbət, düşmənə, hər cür eybəcər xüsusiyyətlərə qarşı nifrət hissləri aşılanıb.
Kitab region folkloru ilə maraqlanan müxtəlif qrup oxucular üçün nəzərdə tutulub.