“Hidrazin törəmələrinin kimyası və bioloji aktivliyi” monoqrafiyası işıq üzü görüb
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Pərizad Fətullayevanın “Hidrazin törəmələrinin kimyası və bioloji aktivliyi” monoqrafiyası çapdan çıxıb.
“Savad” nəşriyyatında işıq üzü görən kitab elmin, texnikanın və təbabətin bir çox sahələrində geniş istifadə olunan müxtəlif növ üzvi birləşmələrin tərkibinə daxil olan, tərkibində hidrazin fraqmenti olan birləşmələrə həsr edilib. İşin məqsədi müəllifin nəşrləri də daxil olmaqla son onillikdə çapdan çıxan müxtəlif hidrazid/hidrazon törəmələri üzrə ədəbiyyat materiallarını nəzərdən keçirməkdir. Monoqrafiyada əvvəllər məlum olmayan reduksiya edilmiş hidrazon liqandları və onların metallarla kompleksləri, xassələri və bioloji aktivliyi haqqında məlumat verilir. Hidrazin törəmələrinin funksional imkanları bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini vurğulayır ki, bu da son nəticədə yeni effektiv dərman preparatlarının meydana çıxmasına gətirib çıxara bilər.
Kitab bu sahədə çalışan alimlər, tədqiqatçılar, tələbələr üçün nəzərdə tutulub.