XƏBƏRLƏR
160
Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyinə dair kitab çapdan çıxıb

Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyinə dair kitab çapdan çıxıb

27 Fevral 2025, 14:55 / Nəşrlər

Elm və Təhsil Nazirliyinin  Botanika  İnstitutunun Geobotanika şöbəsinin müdiri, dosent Naibə Mehdiyevanın Azərbaycanda dərman bitkilərinin biomüxtəlifliyinə həsr olunmuş kitabı çapdan çıxıb. “Биоразнообразие лекарственных растений Азербайджана” (“Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyi”) adlı monoqrafiya Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyinin kompleks tədqiqinə həsr olunub.

Əsərdə Azərbaycan florasında yayılan müxtəlif botaniki, müalicəvi, farmakoterapevtik və digər xüsusiyyətləri ilə seçilən dərman bitkilərinin istifadəsi və əlamətləri birləşdirilib. Nəşrdə daha çox tələb olunan bioloji fəal maddələrin yeni mənbələri və dərman xammalı ehtiyatlarının axtarışının perspektiv istiqamətlərinə xüsusi diqqət yetirilib.