“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Traditional folk medicine of Azerbaijanis” (“Azərbaycanlıların ənənəvi xalq təbabəti”) adlı kitabı çap edilib.
“Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri” adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gələn kitab “Savad” nəşriyyatında işıq üzü görüb. Burada etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan florasından toplanılmış, müxtəlif xəstəliklərə qarşı istifadə edilən dərman bitkilərinin ənənəvi xalq təbabəti təcrübələri haqqında məlumatlar əks olunub. Bu məlumatlar vaxtı ilə Qərbi Azərbaycan köçkünləri, o cümlədən 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş Qarabağ və Şərqi Zəngəzur icmalarından toplanılmışdır.
Kitabın elmi redaktoru professor Münir Öztürk, rəyçiləri professor Nazim Məmmədov və doktor İlhamə Cəfərlidir.
Nəşr Azərbaycanın xalq təbabəti üsullarını geniş auditoriyada tanıtmaq üçün əhəmiyyətli mənbədir.