KİTABLAR
Traditional folk medicine of Azerbaijanis
Müəllif: Səyyarə İbadullayeva
Kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri" adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib. Burada etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan florasından toplanılmış, müxtəlif xəstəliklərə qarşı istifadə edilən dərman bitkilərinin ənənəvi xalq təbabəti təcrübələri haqqında məlumatlar əks olunub. Məlumatlar vaxtı ilə Qərbi Azərbaycan köçkünləri, o cümlədən 30 il qaçqın düşmüş Qarabağ və Şərqi Zəngəzur icmalarından toplanılmışdır. Nəşr Azərbaycanın xalq təbabəti üsullarını geniş auditoriyada tanıtmaq üçün əhəmiyyətli mənbədir.