KİTABLAR
Şəki Regional Elmi Mərkəzi: Zəka işığında tarixə çevrilən 50 il.

Şəki Regional Elmi Mərkəzi: Zəka işığında tarixə çevrilən 50 il.

Kitab AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 50 illik elmi, elmi-təşkilati fəaliyyətinə həsr edilmişdir. Topluda Azərbaycanın şimal-qərb bölgəsinə məxsus yerli bitki və heyvanat aləmi ehtiyatlarından istifadə olunması, təbiət abidələrinin tədqiqi, regionun tarixi, mədəni irsinin tədqiqi, torpaqların aşınmadan qorunması, meşə, bitki örtüyünün qorunması və inkişaf etdirilməsi, ərazinin regional geokimyası, sel axınları ilə mübarizə aparılması üçün təkliflərin hazırlanması, zonanın becərilən və perspektiv bitkiləri üzrə tədqiqatların aparılması, iqtisadi əlaqəli faydalı sahələrin inkişaf perspektivlərinin coğrafi imkanları, yerli xammal ehtiyatları, tut ipəkqurdu baraması yetişdirilməsinin kompleks metodları, folklorşünaslıq, el sənətləri və s. müxtəlif sahələr üzrə elmi araşdırmaların nəticələri yer almışdır.

Nəşr elmi ictimaiyyət, ali məktəb tələbələri, ziyalı qrupları və maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.