Heydər Əliyev və Şəkidə İpəkçilik
Şəki Regional Elmi Mərkəzi tərəfindən hazırlanan kitab Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunub. Nəşrdə Heydər Əliyevin Müstəqil Azərbaycan uğrunda müdrik xidmətlərində ipəkçiliyə münasibətin məxsusi yeri diqqət mərkəzinə çəkilib. ipəkçiliyin mövcudluğunu şərtləndirən amillər: Təbii-coğrafi mühitin, ictimai təcrübə, Azərbaycanda ipəkçiliyin ta qədimdən 1920-ci ilədək olan dövrdə inkişafı, Sovet dönəmində ipəkçiliyin inkişafının məxsusi xüsusiyyətləri, keçən əsrin 70-ci illərində və 80-cı illərin əvvəllərində Azərbaycanda, o cümlədən Şəkidə sözügedən sahədə inkişafın intibahı ilə bağlı elmi şərhlər yer alıb. Kitaba müstəqillik dövründə ipəkçiliyin inkişafına, AMEA-nın Şəki REM-nin ipəkçiliyin inkişafına, elmi və əməli fəaliyyətinə dair materiallar da daxil edilib.
Kitabdan elmi işçilər, kənd təsərrüfatı sahəsinin mütəxəssisləri, aidiyyəti sahədə təhsil alan tələbələr faydalana bilərlər.