KİTABLAR
Qarabağ florası
Müəllif: Səyyarə İbadullayeva
Kitab Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən hazırlanıb və Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizə ithaf olunub. 900 səhifədən ibarət kitaba 8 xəritə, 10 cədvəl, 300 relikt və endemik bitkilərin, o cümlədən 91 növ nadir bitkinin rəngli fotoları ilə illüstrasiyası daxil edilib. Nəşrdə Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü, mamır və şibyə növlərinin də botaniki xüsusiyyətləri və illüstrativ şəkilləri yer alıb.
Botanika İnstitutu yaranandan ilk dəfə olaraq Azərbaycanda Qarabağ florası haqqında belə bir kitab nəşr etdirib.