Maqsud Qurbanov. Seçilmiş əsərlər. II cild
Kitabda müəllifin (həmmüəlliflərlə birgə) 1985-2008-ci illərdə azərbaycan, türk, ingilis və rus dillərində çap edilmiş məqalə və tezisləri toplu halına gətirilmişdir. “Seçilmiş əsərlər”in bu cildindəki elmi əsərlər bitkilərin introduksiyası, bioekoloji xüsusiyyətləri, böyümə və inkişafları, reproduksiyası, orqanogenez və ontogenezinin ekstremal şəraitdən asılılığı, toxumlarının kəmiyyət və keyfiyyət göstəriciləri, rəqəmsal politomik təyinat açarlarının tərtibi, fərqli təyinatlı üzüm sortlarının məhsuldarlıq, fitopatoloji, entomoloji, morfoloji, uvaloji, fenoloji və orqanoleptik xüsusiyyətləri verilmişdir. Həmçinin “Oduncaqlı cinslərin toxumlarının rentgenoqrafiki analiz metodu”nun mətni də burada öz əksini tapmışdır.
Kitab botaniklər, introduktorlar, ekoloqlar, toxumşünaslar, aqrar mütəxəssisləri, universitet tələbələri, magistrləri, dissertant və doktorantları və digər maraqlananlar üçün nəzərdə tutulmuşdur.