KİTABLAR
Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi

Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi

Müəllif: Nigar Mürsəl qızı

 

Monoqrafiya Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyətinin tədqiqinə həsr edilmişdir. Kitabda klassik və müasir botaniki metodların tətbiqi ilə tədqiq olunan taksonların senopopulyasiyalarının məkan, ontogenetik, demoqrafik, morfometrik, vitalitet strukturu öyrənilmişdir. Həmçinin taksonların hemorobiya qiymətləndirilməsi aparılmış, ekoloji faktorlardan asılılığı tədqiq edilmişdir. İlk dəfə olaraq bu taksonların populyasiyalarının potensial inkişafı və arealının proqnostik qiymətləndirilməsi üçün riyazi kompüter modeli yaradılmış və müvafiq proqnozlar tərtib edilmişdir. Monoqrafiya biologiya və ekologiya sahəsində çalışan mütəxəssislərin, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin biologiya ixtisası üzrə tələbələri üçün nəzərdə tutulmuşdur.