KİTABLAR
Vətən müharibəsi – tarixi Zəfər I
Müəllif: Mehman Süleymanov
Kitabın birinci cildində 44 günlük Vətən müharibəsinin başlanma səbəbləri, siyasi-hərbi zəmini və Azərbaycanın Zəfərə aparan yolunun strateji mərhələləri araşdırılır. Nəşr Ermənistanın işğalçılıq siyasətini, beynəlxalq güclərin mövqeyini, ordunun modernləşdirilməsini və cəmiyyətin milli həmrəyliyini faktlarla təhlil edir. Müəllif həmçinin Ermənistanın illərlə qurduğu müdafiə xətlərinin necə yarıldığını, ilk günlərdən Azərbaycan Ordusunun təşəbbüsü ələ almasını və müharibənin gedişinə təsir edən mühüm taktiki yenilikləri elmi əsaslarla təqdim edir.