KİTABLAR
Region bayatıları: (Balakən, Zaqatala, Qax və Şəki rayonlarından toplanmış bayatılar toplusu)
Kitabda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin folklor işçi qrupunun uzun illər ərzində Azərbaycanın şimal-qərb regionundan topladığı bayatı örnəkləri yer alıb. Təqdim olunan bayatılarda region əhalisinin fikir və düşüncə tərzi – vətənə, təbiətə, insana məhəbbət, düşmənə, hər cür eybəcər xüsusiyyətlərə qarşı nifrət hissləri aşılanıb.
Nəşr region folkloru ilə maraqlanan müxtəlif qrup oxucular üçün nəzərdə tutulub.