JURNALLAR
“Şərq araşdırmaları”
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən təsis olunub. 2020-ci ildən fəaliyyət göstərən jurnal Azərbaycan Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxildir. Burada ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrini əhatə edən orijinal elmi məqalələr dərc edilir.
Jurnalın baş redaktoru akademik Gövhər Baxşəliyeva, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru dosent Ruhəngiz Cümşüdlü, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru dosent Lalə Əliyevadır.