“The Transactions of the Institute of Molecular Biology & Biotechnologies”

“The Transactions of the Institute of Molecular Biology & Biotechnologies”

“The Transactions of the Institute of Molecular Biology & Biotechnologies” (TIMBB) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun resenziyalı və fənlərarası beynəlxalq elmi jurnalıdır. Burada müasir biologiya, biotexnologiya, kənd təsərrüfatı və tibb sahələrində yüksək keyfiyyətli orijinal elmi tədqiqat məqalələri, icmal və mini-icmal məqalələri, qısa elmi məlumatlar dərc edilir.

Jurnal ASCI, AGRIS, Scilit, OUCI, Index Copernicus, Crossref, ResearchBib, Google Scholar, SciSpace, Semantic Scholar, Calameo və Archive.org kimi nüfuzlu beynəlxalq indeksləmə və məlumat bazalarına daxildir. Jurnal ildə iki dəfə ingilis dilində çap olunur.

Jurnalın baş redaktoru akademik İradə Hüseynova, baş redaktorun müavini professor Əziz Eftekhari, məsul katibi isə biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevdir.