"International Journal of Information Technologies and Innovative Economy"
“International Journal of Information Technologies and Innovative Economy” (IJITIE) (“Beynəlxalq İnformasiya Texnologiyaları və İnnovativ İqtisadiyyat Jurnalı”) Odlar Yurdu Universiteti tərəfindən nəşr olunan açıq girişli jurnaldır. Burada informasiya texnologiyaları və rəqəmsal transformasiya; innovasiyaların idarə edilməsi və davamlı iqtisadiyyat; rəqəmsal innovasiya ilə bağlı iqtisadi modelləşdirmə və siyasət təhlili; süni intellekt, məlumat analitikası və intellektual sistemlər; süni intellekt alətləri: süni neyron şəbəkələri, dərin öyrənmə, qeyri-səlis məntiq, vektor dəstək maşınları; sənaye, kənd təsərrüfatı, biznes, bankçılıq və iqtisadiyyatda süni intellekt; təhsil, səhiyyə və dövlət idarəçiliyində süni intellekt; informasiya təhlükəsizliyi, böyük verilənlər və məlumat analitikası kimi mövzuları əhatə edən orijinal elmi məqalələr, icmal yazıları və nümunə araşdırmaları dərc edilir. Jurnalın əsas məqsədi fənlərarası tədqiqatları təşviq etmək, qlobal texnoloji və iqtisadi inkişafa töhfə verən innovativ elmi nəticələrin yayılmasını təmin etməkdir.
Jurnalın baş redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev, icraçı redaktorlar hüquq elmləri doktoru, professor Samir Vəliyev, professor Fəxrəddin Sadıkoğlu Məmmədov və iqtisad elmləri doktoru, professor Elşad Məmmədov, nəşr menecerləri isə Aslan Əzimzadə və Nigar İbrahimovadır.