"Journal of Engineering Sciences and Modern Technologies"

"Journal of Engineering Sciences and Modern Technologies"

“Journal of Engineering Sciences and Modern Technologies” (JESMT) jurnalı (“Mühəndislik Elmləri və Müasir Texnologiyalar Jurnalı”) 2025-ci ildən fəaliyyət göstərir. Müasir texnoloji inkişaflara və fənlərarası yanaşmalara xüsusi önəm verən jurnalda mühəndislik və tətbiqi elmlər sahələrinə dair yüksək keyfiyyətli orijinal elmi məqalələr dərc edilir. Burada elmi inkişafa və praktiki yeniliyə töhfə verən nəzəri, hesablama və eksperimental tədqiqatlara üstünlük verilir.

Jurnalın məqsədi tədqiqatçılar, alimlər və mütəxəssislər üçün beynəlxalq platforma yaratmaq, bilik mübadiləsini, innovasiyaları təşviq etmək və müasir çağırışlar üçün mühəndislik həllərinin inkişafına dəstək verməkdir.

Jurnalın qurucu redaktoru coğrafiya üzrə fəlsəfə doktoru Elmar Qasımov, baş redaktoru kimya elmləri doktoru İlhamə Zərbəliyeva, texniki redaktoru Sahib Kazımov, icraçı redaktoru isə Aida Tağıyevadır