“Processes of Petrochemistry and oil Refining”

“Processes of Petrochemistry and oil Refining”

“Processes of Petrochemistry and oil Refining” (PPOR) (“Neft-kimya və neft emalı prosesləri”) jurnalı 2000-ci ildə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təsis edilib. İldə dörd dəfə ingilis dilində nəşr olunan jurnalda neft kimyası və neft emalı proseslərinin həyati problemlərinə dair məqalələr dərc edilir. Jurnal “Inspec” bazasına (2011-ci il), “Web of science” bazasına (2016), “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasına (2017) daxil edilib.

Jurnalın baş redaktoru akademik Vaqif Abbasov, baş redaktorun müavinləri akademik Oleq Sinyaşin və akademik Vaqif Fərzəliyevdir. Kimya elmləri üzrə məsul katib kimya üzrə fəlsəfə doktoru Mehriban Nağıyeva, texnika elmləri üzrə məsul katib isə texnika elmləri doktoru, dosent Zaur Ağamalıyevdir.