XƏBƏRLƏR
1
“Savad Publishing House” XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

“Savad Publishing House” XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

23 Oktyabr 2026, 16:12 / Konfranslar, İclaslar

“Savad Publishing House” Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətə başlayan XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bakı Ekspo Mərkəzində təşkil olunan sərgidə “Savad Publishing House”un çap etdiyi bədii əsərlər, monoqrafiyalar, seçilmiş əsərlər, çoxcildlik əsərlər və digər nəşrlər də sərgilənir. Nəşriyyatın pavilyonunda yer alan bu nəşrlər yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.

Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub. Sərgi çərçivəsində yerli və xarici yazıçılarla görüşlər, kitab təqdimatları, ədəbiyyatın təbliğinə həsr olunmuş yerli və beynəlxalq konfranslar təşkil edilir.

Sərgidə ümumilikdə 147-148 yerli, 32 ölkədən 59 xarici nəşriyyat və qurum öz stendi ilə təmsil olunur.

XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.