Şahdağ Milli Parkı: Florası və bitkiliyi
Müəlliflər: Arzu Mustafayev, Səyyarə İbadullayeva
Kitab respublikamızda yay-qış turizminin inkişafı üçün maraqlı mənbədir. Belə ki, Şahdağ Milli Parkına istər yerli, istərsə də xarici turistlər axın edir və oranın bitkilərinin tanınması çox vacibdir. Nəzərə alsaq ki Şahdağ MP florasında 31 növ sporlu və 1572 növ toxumlu (12 növ çılpaqtoxumlu, 1560 növ örtülütoxumlu, o cümlədən, 294 növ birləpəli, 1266 növ ikiləpəli) bitki yayılır və onun 277 növü еndеmiklərdir, оnlаrdаn 252 növü (91%) Qаfqаz, 25 növü Аzərbаycаn еndеmikidir ki, bu da ərazi florasının 17,28%-ni təşkil edir. Təkcə bu rəqəm ərazi florasının nə qədər zəngin olmasının sübutudur. Şahdağ MP ərazisində nadir və itmək təhlükəsində olan növlər çoxdur, onlar UİCN meyarlara uyğun - 26 növ həssas olanlar (VU), 14 növ təhlükəli vəziyyətə yaxın olanlar (NT), 8 növ nəsli kəsilmək təhlükəsində olanlar (EN), 2 növ isə kritik təhlükə həddində olanlar (CR) kateqoriyası üzrə qiymətləndirilmişdir. Kitab geniş auditoriya üçün hazırlanmışdır.