İon mayeləri, sintezi və tətbiqi
Müəlliflər: M.C.İbrahimova, F.M.Abdullayeva
Monoqrafiyada ion mayelərinə dair əsas anlayışlar, sintez üsulları, xassələri və tətbiq sahələri haqqında ətraflı məlumatlar yer alıb. Burada eyni zamanda həm dünya miqyasında, həm də akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən “yaşıl kimya” prinsiplərini qoruyan ion mayeləri, ion maye monomerlər və ion maye polimerlərin sintezi, tədqiqi və geniş spektrli tətbiq sahələri istiqamətində aparılmış tədqiqatların nəticələrinə dair məlumatlar əksini tapıb.
Kitabdan ion mayeləri elmi istiqaməti ilə yaxından maraqlanan tələbə, magistr, doktorant və bu sahədə çalışan mütəxəssislər istifadə edə bilərlər.