Qida kimyası
Müəlliflər: V.M.Abbasov, F.Ə.Əmirli, Z.Z.Ağamalıyev, Z.V.Abbasova, N.R.Quliyeva
Dərslik universitetlərdə qida mühəndisliyi ixtisası üzrə müxtəlif fənlərdən təhsil alan tələbələrin və magistrlərin bu fənləri yaxşı mənimsəməsinə və dərindən öyrənməsinə, həm nəzəri, həm də təcrübi biliklər qazanmasına kömək edəcək.
Kitab həmçinin qida sənayesinin istənilən sahəsində süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və unlu qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında, iaşə müəssələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışanlar tərəfindən də istifadə oluna bilər.