Korroziya. II nəşr
Müəllif: Vaqif Abbasov
Müstəqil Azərbaycanda korroziyaya aid nəzəri və praktiki məlumatlarla zəngin ilk milli dərslik olan bu kitabda korroziyanın nəzəri problemləri, o cümlədən ayrı-ayrı korroziya prosesləri, onların baş verməsini şərtləndirən amillər, ayrı-ayrı sənaye sahələrində korroziya problemləri və onların aradan qaldırılması üsulları, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda korroziya və ona qarşı mübarizə vasitələrinin yaranması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatlar haqqında geniş məlumatlar verilir.
Dərslik ali məktəblərin uyğun ixtisaslar üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub, ondan magistrlər, aspirantlar, elmi işçilər, mühəndislər və texnoloqlar da istifadə edə bilərlər.