KİTABLAR
Neft və qaz emalı prosesləri
Müəlliflər: V.M.Abbasov, V.H.Mirzәyev, Ç.Q.Rәsulov, G.S.Muxtarova, M.V.Nağıyeva
Neft və qaz emalı proseslərinin çox əhatəli, geniş sahəsinə həsr olunmuş kitabda mövcud neft-kimya kompleksi qurğularının vacib xüsusiyyətləri və prinsipial sxemləri sadə formada təqdim olunub. Burada eyni zamanda neft və qaz emalı sahəsində çalışan Azərbaycan alimləri və onların bu sahədə rolu haqqında qısa məlumat verilib.
Kitabdan kimya, kimya-texnologiyası fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələr, doktorantlar, eləcə də neft və qaz emalı sahəsində çalışan mühəndislər istifadə edə bilərlər.