KİTABLAR
Əmək bazarı üzrə terminlərin izahlı lüğəti
Lüğətin hazırlanmasında əsas məqsəd bu sahədə çalışan mütəxəssislərə, tədqiqatçılara, siyasətçilərə və tələbələrə geniş məlumat bazası təqdim etməklə onların fəaliyyətinə dəstək olmaq, əmək bazarının düzgün şəkildə anlaşılmasına şərait yaratmaq və bu sahədə dəqiq, etibarlı məlumat mənbəyi formalaşdırmaqdır.
Lüğət əmək bazarının müxtəlif aspektlərini əhatə edən terminlərə dəqiq tərif verir, onları izah edir və bu sahədə ümumi anlayış səviyyəsini artırmağı hədəfləyir. Kitabda təqdim edilən terminlər əmək hüququ, məşğulluq siyasəti, peşə təhsili, işçi hüquqları, iqtisadi tənzimləmə və digər sahələrdəki anlayışları əhatə edir.