KİTABLAR
10 noyabr bəyanatı: Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaya doğru
Müəllif: Tofiq Mustafazadə
Kitab 10 noyabr 2020-ci il bəyanatının siyasi-hüquqi mahiyyətini və onun Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqları tədqiq edir. Nəşrdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, I Qarabağ müharibəsi, sülh danışıqları, 44 günlük Vətən müharibəsi və post-müharibə mərhələsi geniş şəkildə araşdırılır. Müəllif regionda yaranmış yeni güc balansını, kommunikasiyaların açılması, təhlükəsizlik arxitekturası və beynəlxalq hüququn tətbiqi kimi məsələləri elmi əsaslarla təhlil edir. Kitab tarixçilər, siyasi tədqiqatçılar, Cənubi Qafqazın gələcək inkişaf dinamikası ilə maraqlanan oxucular üçün dəyərli mənbədir.