KİTABLAR
Ataların qəhrəmanlıq yolu nəsillərə nümunədir
Müəllif: Mais Əmrahov
Kitab Azərbaycan xalqının II Dünya müharibəsində göstərdiyi şücaəti, milli diviziyaların döyüş yolunu və həmin illərdə baş verən tarixi-siyasi hadisələri arxiv faktları əsasında araşdırır. Burada 77-ci, 223-cü, 402-ci və 416-cı Azərbaycan diviziyalarının keçdiyi döyüş yolları, onların qazandıqları qələbələr, igid sərkərdələri və qəhrəman əsgərləri haqqında geniş məlumat verilir. Müəllif həmçinin repressiyalar, milli münasibətlər, səfərbərlik, döyüşçülərə qarşı ayrı-seçkilik kimi həssas məsələləri də obyektiv şəkildə təhlil edir. Kitab Azərbaycan əsgərinin cəsarətini, tarixi yaddaşını və Vətənə sədaqətini gənc nəslə çatdıran dəyərli tədqiqat nümunəsidir.