KİTABLAR
Vətən müharibəsi – tarixi Zəfər II

Vətən müharibəsi – tarixi Zəfər II

Müəllif: Mehman Süleymanov

 

Kitabın ikinci cildi 44 günlük Vətən müharibəsinin döyüş əməliyyatlarını, ordunun cəbhəboyu müzəffər irəliləyişini və Azərbaycanın Böyük Zəfərə gedən yolunun mərhələlərini xronoloji ardıcıllıqla təqdim edir. Burada xüsusi olaraq Suqovuşan, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlının azad edilməsi, həmçinin Şuşa uğrunda döyüşlərin strateji mahiyyəti əhatə edilir. Müəllif Azərbaycan Ordusunun XXI əsrin müharibə standartlarını müəyyən edən taktikalarını, pilotsuz aviasiyanın rolunu, informasiya müharibəsini və Ali Baş Komandanın siyasi-diplomatik rəhbərliyini geniş faktlarla təhlil edir.