Buğdada duz stresi ilə induksiya olunan morfoloji, biokimyəvi və fizioloji dəyişikliklər
Müəllif: Ülkər İbrahimova
Monoqrafiyada tarla və laboratoriya şəraitində yetişdirilən, rayonlaşdırılmış yumşaq (Trirticum aestivum L.) və bərk (Triricum durum Desf.) buğda genotiplərinin duzadavamlılığı hüceyrə və tam bitki səviyyəsində müqayisəli şəkildə tədqiq olunub. Kitabda duz stresinin təsirindən bitkilərin vegetativ orqanlarında baş verən morfoloji dəyişikliklər, xlofil flüoressensiya analizlərinin tətbiqi ilə fotosintezin işıq fazasının, osmotik tənzimlənmə, su mübadiləsi proseslərinin göstəriciləri, antioksidant fermentlərin fəallığı, ikincili metabolitlərdən hesab olunan flavanoidlər və antosianların toplanma dinamikası, sortların məhsul elementləri dolğun analiz olunub.
Monoqrafiya bitki fiziologiyası, biokimya, biofizika sahəsində fəaliyyət göstərən tədqiqatçılar, o cümlədən, universitetlərin uyğun kafedralarında tədris vəsaiti və qiymətli informasiya mənbəyi kimi istifadə oluna bilər.