Azərbaycanın şimal-qərb regionunun təbiəti ekocoğrafi tədqiqatlarda
Müəlliflər: Yusif Rəhimov, Qafqaz Ağabalayev
Kitab AMEA-nın Şəki Regional Elmi Mərkəzinin struktur tərkibində 1991-ci ildən (34 il) fəaliyyət göstərən Sellərin öyrənilməsi laboratoriyasının və 2015-ci ildən etibarən laboratoriyanın bazası üzərində yaradılmış Ekoloji coğrafiya şöbəsinin elmi fəaliyyətinə həsr edilib. Oxucular burada Azərbaycanın şimal-qərb regionunun ekocoğrafi problemlərinin və ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işləri və əldə edilmiş nəticələrlə yaxından tanış ola bilərlər.
Nəşr elmi ictimaiyyət, coğrafiya və ekologiya ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə çalışan müəllim heyəti və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.