“Azərbaycan Milli Elmlər Akademiyası İqtisad Elmləri”
“Azərbaycan Milli Elmlər Akademiyası İqtisad Elmləri” jurnalı açıq girişli elmi jurnaldır. Jurnal fundamental və tətbiqi elmlər üzrə tədqiqatlar, iqtisadiyyat, idarəetmə, sosial elmlər və humanitar sahələrdə müasir elmi yanaşmalar, innovasiya, rəqəmsal transformasiya, texnologiya və dayanıqlı inkişaf sahəsində aparılan araşdırmalar, eksperimental tədqiqatlar, modelləşdirmə, empirik təhlillər və yeni metodoloji yanaşmalar, mövcud elmi istiqamətlərdə yenilikləri ümumiləşdirən elmi icmallar və analitik təhlillər kimi tədqiqat sahələrini əhatə edir.
Burada dərc olunan materiallar elmi yeniliyi, metodoloji dəqiqliyi və aktuallığı ilə seçilməli, müasir elmi tələblərə cavab verməlidir. Jurnal müvafiq sahənin mütəxəssislərinə, eləcə də geniş elmi auditoriyaya ünvanlanıb.
Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Şahbaz Muradov, redaktor müavini iqtisad elmləri doktoru, dosent Yaşar Məmmədov, məsul katibi isə iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyevadır.